BAKI, 22 mart. TELEQRAF

Türkiyə Mərkəzi Bankının (TCMB) açıqladığı məlumatlara görə, real sektorun valyuta kəsiri 2019-cu ilin noyabr ayından bəri ən yüksək səviyyəyə çataraq 147,9 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, sektorun valyuta aktivləri 2,7 milyard dollar azalarkən, öhdəlikləri 8,3 milyard dollar, xalis valyuta mövqeyi üzrə kəsiri 11 milyard dollar artıb.

Maliyyə sektoru xaric şirkətlərin valyuta aktivləri 2,7 milyard dollar azalıb.Bu, xüsusilə özəl sektorun xarici valyutada borclanmasının artdığını və məzənnə riskinin yüksəldiyini göstərir.