BAKI, 22 mart. TELEQRAF

Bu il fevralın 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşlarının həcmi 4 milyard manat təşkil edib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə isə 567,4 milyon manat və ya 16,2% çoxdur.

Hesabat ayında banklar ticarət və xidmət sektoruna 3,9 milyard manat, qeyri-bank təşkilatları isə 76,4 milyon manat kredit yatırıb.

Qeyd edək ki, ümumilikdə Azərbaycanda real sektorun kreditləşdirilməsi üzrə kredit portfeli 29,3 milyard manat təşkil edib. Bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 5 milyard manat və ya 20,4 faiz artım deməkdir.