
BAKI, 22 mart. TELEQRAF
Federal Ehtiyat Sistemi (FES) 2024-cü il üçün audit edilmiş maliyyə hesabatlarını dərc edib. Ötən il bankın əməliyyat zərəri 77,6 milyard dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bank 2023-cü ildə 114,3 milyard dollar əməliyyat zərəri açıqlamışdı. FES sonuncu dəfə 2022-ci ildə mənfəət (58,8 milyard dollar) əldə edib.
Ötən il bankın faiz xərcləri 226,8 milyard dollara düşüb. Bu məbləğ 2023-cü ildə 281,1 milyard dollar olaraq qeydə alınıb.
FES-in faiz gəlirləri 2023-cü ildəki 174,5 milyard dollardan keçən il 158,8 milyard dollara qədər azalıb.