BAKI, 22 mart. TELEQRAF

Birjalarda qiymətli metal ucuzlaşıb.

Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, ​Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin dəyəri 0,75% ucuzlaşaraq 3,023.75 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 1,56% azalaraq 33.013 ABŞ dolları təşkil edib.