
BAKI, 20 mart. TELEQRAF
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Xankəndi şəhərində Novruz bayramı da daxil olmaqla bayram tədbirlərinin keçirilməsinə 650 min 156,4 manat xərcləyəcək.
Teleqraf xəbər verir ki, bununla bağlı "LAGUNA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi bağlanıb.
Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 761.237,67 manat təşkil edib.
"LAGUNA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti Xankəndidə Novruz bayramı ilə bərabər, 8 Noyabr Zəfər bayramını, Yeni İlin təşkilatçılığı, dekorasiyası ilə məşğul olacaq.
Müqaviləyə Xocalıda da Yeni İlin təşkili daxildir.