
BAKI, 20 mart. TELEQRAF
2024-cü ildə Qazaxıstan Azərbaycana 408 min ton taxıl ixrac edib. Bu da son beş ilin rekord göstəricisidir.
Teleqraf xəbər verir ki, bitkiçilik məhsullarının ixracını sadələşdirmək üçün Qazaxıstan Azərbaycan, Türkiyə, İran, Çin və MDB ölkələri ilə karantin və bitki mühafizəsi sahəsində müqavilələr bağlayıb.
Qeyd edək ki, tərəfdaş ölkə ötən il 8,1 milyon ton taxıl, 3,2 milyon ton dəyirman məhsulları ixrac edib ki, bu da 2023-cü illə müqayisədə 41 faiz çoxdur.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana buğda idxalı 23,5 faiz artıb. Ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 384,66 manat təşkil edib.