
BAKI, 20 mart. TELEQRAF
Martın 1-i tarixinə sənaye müəssisələrinin anbarlarında 1028,8 milyon manatlıq hazır məhsul oub.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, ehtiyatların 55,9 faizi Bakı, 14,2 faizi Sumqayıt, 2,5 faizi Şirvan, 1,8 faizi Gəncə şəhərlərinin, 1,1 faizi Naxçıvanın, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 94,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 10,7 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilib.