BAKI, 20 mart. TELEQRAF

ABŞ Federal Ehtiyat Sisteminin əsas faiz dərəcəsini eyni səviyyədə saxlaması səbəbindən bitkoinin qiyməti 86 min dolları ötüb.

Teleqraf xəbər verir ki, bu barədə “Cointelegraph” məlumat yayıb.

Bitkoin maksimum dəyərinə 3:10-da (Bakı vaxtı ilə) çatıb, onun dəyəri 87 387 dollar olub. Daha sonra qiymət 86 734 dollara dşüüb.

Martın 19-da ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FRS) baza faiz dərəcəsini illik 4,25-4,5% diapazonunda saxlayıb.