
TBİLİSİ, 19 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 19,2 milyon ABŞ dolları dəyərində yerli istehsal məhsulları idxal edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
İllik müqayisədə Azərbaycanın qonşu ölkədən yerli məhsul tədarükündə 15,6% artım qeydə alınıb.
Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 4,9% payla qonşu ölkənin əsas yerli ixrac tərəfdaşlarının ilk onluğunda Rusiya, Türkiyə, Çin, Bolqarıstan və Ermənistandan sonra VI yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstandan ümumi dəyəri 835,4 milyon ABŞ dolları olan yerli məhsul ixraca yönəldilib ki, bu da ötən ilin eyni göstəricisindən 4% çoxdur.
Qonşu ölkədən ixrac edilmiş əsas məhsulların siyahısında mis filizləri və konsentratları, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, mineral gübrələr, spirtli içkilər, qızıl, qiymətli metal filizləri və konsentratları, fındıq, ferroərintilər yer alıb.