
BAKI, 19 mart. TELEQRAF
"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti yüksək gərginlikli elektrik ötürücü xətlərin altına düşən torpaq sahələrinin dəyərləndirilməsi, mütəxəssis rəyinin və AZURE layihəsi üçün müəyyən hesabatların hazırlanması xidmətlərinin satınalınması ilə bağlı açıq tender elan edib.
Teleqraf xəbər verir ki. Tenderin ehtimal olunan qiyməti 453 min 454 manatdır.
Tenderdə iştirak haqqı isə 350 AZN təşkil edir.
Qeyd edək ki, müsabiqə aprelin 24-ə qədər davam edəcək. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.