BAKI, 17 mart. TELEQRAF

Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) təməlqoyma mərasiminin 10-cu ildönümüdür.

Teleqraf xəbər verir ki, regionun və Avropanın enerji xəritəsini yenidən formalaşdıran, beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi olan Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentini təşkil edən TANAP Türkiyə və Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfələr verir.

Qeyd edək ki, martın 1-dək TANAP vasitəsilə 76.1 milyard kubmetr qaz ötürülüb. Qazın 44,4 milyard kubmetri Avropaya, 31,7 milyard kubmetri isə Türkiyəyə ixrac olunub.