BAKI, 7 noyabr. TELEQRAF

Fransada həmkarlar ittifaqlarının çağırışı ilə bu gün etiraz aksiyaları keçirilib.

Teleqraf xəbər verir ki, aksiyalar gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilib.

Parisdə “Union étudiante”, “Fage”, “Unef” və USL, CGT, FO, FSU, “Solidaires” və CFDT kimi tələbə-gənclər hərəkatları “Bahalı həyata qarşı və gəncliyin gələcəyi naminə” şüarı ilə icazəli yürüşü davam etdirəcəklər.

Yürüş cümə axşamı keçirilən aksiya ilə eyni marşrut üzrə, Respublika meydanından “Nation” meydanına qədər davam edəcək.

Təhlükəsizliyin təmin olunmasına 70 min polis və jandarm cəlb edilib. Jandarm qüvvələrinin 25 “Centaure” zirehli texnikası və 15 su şırnaqlı xüsusi texnika aksiyaların dağıdılması üçün səfərbər edilib.

Növbəti aksiyaların dağıdılması üçün dron və helikopterlərdən istifadə olunacaq.