
BAKI, 18 fevral. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru Sunniya Durrani-Camal ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında qeyd edib.
Tərəflər görüş zamanı ölkə üçün ortamüddətli dövrdə sosial-iqtisadi inkişaf və investisiyaların təşviqi üzrə prioritetləri və AİB-nin Ölkə Tərəfdaşlıq Strategiyasının (2025-2029) əhatə edəcəyi sahələr nəzərdən keçirib.
Nazir bildirib ki, qarşıdakı dövrdə AİB-lə əməkdaşlığın əsas istiqamətlərini dayanıqlı, şaxələndirilmiş iqtisadiyyata və yaşıl artıma dəstək, özəl sektorun gücləndirilməsi, insan kapitalının inkişafı, rəqəmsallaşma və iqlim çağırışlarına uyğun biznes həllərinin stimullaşdırılması təşkil edəcək.