BAKI, 18 fevral. TELEQRAF

Azərbaycan ərazisindən yükdaşımaların artımını nəzərə alaraq, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi hesabına “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər yatırılır.

Bu barədə Baş nazir Əli Əsədov Tehranda keçirilən Üçüncü Xəzər İqtisadi Forumunda bildirib.

Baş nazir qeyd edib ki, Azərbaycan ilə Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 2024-cü ilin sonunda 6%-dən çox artıb.