
BAKI, 18 fevral. TELEQRAF
2024-cü ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrinə malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 8141 nəfər olub.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 34,7 faizi tikintidə, 9,8 faizi mədənçıxarma sənayesində, 9,3 faizi emal sənayesində, 8,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,4 faizi təhsil və 26,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.