BAKI, 17 fevral. TELEQRAF

Azərbaycan humanitar yük ixracını kəskin azaldıb.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk ayında Azərbaycan 97,86 min ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım ixrac edib.

Bu, 2024-cü ilin yanvarı ilə müqayisədə 13 dəfə azdır.

Azərbaycana humanitar yardım isə əksinə, artıb. Belə ki, bu ilin ilk ayında ötən ilin eyni ayı ilə müqayisədə 1 milyon 885 min ABŞ dolları çox – 3 milyon 500 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım idxal edilib.