
BAKI, 17 fevral. TELEQRAF
Azərbaycanda bu ilin ilk ayında sənaye istehsalı azalıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvarda 5,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 2,6 faiz azdır.
Məlumata görə, məhsul istehsalı neft-qaz sektorunda 4,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb.
Sənaye məhsulunun 61 faizi mədənçıxarma, 31,9 faizi emal, 6,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 77,4 faiz olub. Ümumi istehsalın 88,6 faizi sənaye məhsullarının istehsalı, 11,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.