BAKI, 17 fevral. TELEQRAF

Şəki Şəhər İcra Hakimiyyəti mənzil fondunun əsaslı təmiri ilə bağlı açıq tender elan edib.

Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, çoxmənzilli ictimai yaşayış binalarının təmiri ilə bağlı tenderin ehtimal olunan qiyməti 289 min 581 manatdır.

Təmir işləri çərçivəsində binaların aqlay daşı ilə üzlənməsi, fasad divarların suyadavamlı emulsiya tərkibli fasad boyaları ilə rənglənməsi, daxili divarlardan yararsız suvaq qatının sökülməsi, 19 ədəd taxta qapı bloklarının sökülməsi, 69 ədəd taxta pəncərə bloklarının sökülməsi, metal plastik pəncərə bloklarının quraşdırılması, bloklarda 2 laylı metal seyf giriş qapılarının quraşdırılması və digər işlər daxildir.

Müsabiqədə iştirak haqqı 350 manatdır. Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi martın 18-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulub.