
BAKI, 10 fevral. TELEQRAF
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması ilə bağlı tender elan edib.
Teleqraf xəbər verir ki, tenderdə dam örtüyü tikintilərinin təşkili, fəsadlar, planlar, tikinti işləri layihəsi, smeta sənədlərinin hazırlanması, konstruktiv bərpa gücləndirmə layihəsi və s. nəzərdə tutulub.
Tenderin ehtimal olunan qiyməti 1 milyon manatdır.
Satınalma müsabiqəsi 12 mart 2025-ci il tarixinə qədər davam edəcək. Zərflər də həmin gün açılacaq.
Qeyd edək ki, tenderdə iştirak haqqı 600 manatdır.