
Bakı, 10 fevral. TELEQRAF
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2025-ci ilin yanvar ayı ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat yayıb.
Teleqraf xidmətə əsasən xəbər verir ki, Əfəndiyev Əmrah Camaldin oğlu və İbrahimova Vüsalə Vaqif qızı haqqında protokollar tərtib edilib.
Əfəndiyev Əmraha qarşı olan inzibati xətanın mahiyyəti, menyunun qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması və istehlakçının aldadılmasıdır. Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndini və Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli Qərarının 23.6 və 23.7-ci bəndlərini pozub.
Digər tərəfdən, İbrahimova Vüsalə-yə qarşı olan inzibati xətanın mahiyyəti isə qüsurlu malın dəyişdirilməsi və ya qaytarılmasından imtina edilməsi ilə bağlıdır. Bu isə , “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin pozulmasına səbəb olub.
Hər iki sahibkar cərimələniblər.