Bakı, 10 fevral. TELEQRAF

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması ilə bağlı açıq tender elan edib.

Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, qalib şirkət topoqrafiya, baş plan, elektrik təchizatı, yanğın siqnalizasiyası, parkın dizayn layihəsi, videokamera müşahidəsi, wi-fi sistemi, parkın suvarılması və s. işlərini həyata keçirəcək.

Tenderin ehtimal olunan qiyməti 3 milyon 51 min manatdır.

Qeyd edək ki, müsabiqə martın 12-ə qədər davam edəcək, zərflər də həmin gün açılacaq.