BAKI, 10 fevral. TELEQRAF

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və "SA Partners" şirkəti arasında Kəlbəcər şəhərində 2-ci yaşayış məhəlləsi və Kəlbəcər inzibati binasının təfərrüatlı layihələndirmə prosesinin monitorinqi ilə bağlı müqavilələr imzalanıb.

Teleqraf xəbər verir ki, toplam dəyəri 414 min 311,11 manat olan müqavilənin hər biri ayrı-ayrılıqda 209 min 122,22 və 205 min 188,89 manat təşkil edib.

Qeyd edək ki, "SA Partners" qlobal konsaltinq və təlim şirkətidir, əsası Böyük Britaniyada qoyulub. Şirkətin hazırda ABŞ, İrlandiya, Almaniya və Avstraliyada da ofisləri mövcuddur.

Şirkət Kəlbəcərdə tikinti ilə bağlı layihələndirmə prosesinin monitorinqini aparacaq.