
BAKI, 10 fevral. TELEQRAF
"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakları hərraca çıxarır.
Teleqraf xəbər verir ki, fevralın 18-də keçiriləcək hərracda Səbail rayonu Zərifə Əliyeva küçəsində yerləşən 3 mənzil təklif ediləcək. Əmlaklar 3-cü dəfə 30% qiyməti aşağı salınmaqla təkrar hərraca çıxarılır.
İlk hərracda 660 min manata təklif edilən 83.55 kvadrat metr mənzilin dəyəri bu dəfə 455 min manata qədər azaldılıb.
Qeyd edək ki, "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı fevralın 27-də də hərrac keçirəcək. Bu hərracda Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 218,84 kvadrat metr mənzil 500 min manata, Hacıqabul şəhəri, Hacıqabul -Şirvan Avtomobil yolunun şərqində yerləşən 823,5 kvadratmetrlik qeyri-yaşayış binası isə 160 min manata təklif ediləcək.