
BAKI, 7 fevral. TELEQRAF
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə şirkəti olan “Azəripək” MMC (VÖEN: 1305481631) təşkilati-hüquqi formasını dəyişib.
Teleqraf Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, “Azəripək” Açıq Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib.
Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 11 703 379.17 manat, qanuni təmsilçisi və baş direktoru Səməd Nəbiyevdir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində müəssisədə 10,2 ton xam ipək istehsal olunub. Daxili və xarici bazarlara 1 milyon 703 min manat dəyərində ipəkçilik məhsullarının satışı həyata keçirilib. O cümlədən daxili bazara 1 milyon 207 min manatlıq, xarici bazarlara isə 496 min manatlıq ipəkçilik məhsulları göndərilib.
2023-cü ildə 1,7 milyon dollar ixrac reallaşdıran "Azəripək”in ixracı ötən il 588,4 min dollara qədər azalıb.