
BAKI, 7 fevral. TELEQRAF
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması ilə bağlı tender elan edib.
Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 619.513,52 manatdır.
Təkliflərin son təqdim olunma tarixi fevralın 28-dir. Zərflər elə həmin gün açılacaq.