
BAKI, 6 fevral. TELEQRAF
Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş şəhər İqbal Rzayev, F.Səfərov, Ərəş, Mirzalı Əliyev, M.Ə.Rəsulzadə və Sönməz Məmmədov küçələrində aparılacaq əsaslı təmir işləri ilə bağlı açıq tender elan edib.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, aparılacaq əsaslı təmir işləri üçün ehtimal olunan qiymət 400 min manatdır.
Müsabiqədə iştirak haqqı 350 manatdır. Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi 27 fevraldır. Zərflər də həmin gün açılacaq.