Bu gün futzal üzrə “Avro-2016”nın “pley-off” mərhələsinin püşkü atılıb.


İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada 2016-cı ildə Serbiyada baş tutacaq final mərhələsi üçün mübarizə aparacaq komandalar rəqiblərini tanıyıb.

Yığmamız “pley-off”da Slovakiya ilə qarşılaşacaq.

Qeyd edəək ki, “pley-off”un ilk oyunları sentyabrın 15-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.


Avropa çempionatı, "pley-off" mərhələsi

Rumıniya - Macarıstan

Bosniya – Qazaxıstan

Çexiya – Belarus

Azərbaycan – Slovakiya