BAKI, 3 noyabr. TELEQRAF

CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizə aparan “Turan” klubu bu gün Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşıb.

Teleqraf xəbər verir ki, səfərdə baş tutan görüşdə təmsilçimiz rəqibini 3:0 hesabı ilə məğlub edərək ilk oyundan qələbə ilə ayrılıb.
Komandalar arasında cavab qarşılaşması noyabrın 10-da Tovuzda keçiriləcək.
Təbriklər, “Turan”

CEV Çempionlar Liqası-qadınlar (3-cü təsnifat mərhələsi)
3 noyabr 2026 (1-ci oyun)
”Maritza Plovdiv” -”Turan” 0:3 (22:25, 22:25, 20:25)