BAKI, 29 oktyabr. TELEQRAF

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunda üçüncü oyununa çıxıb.

Teleqraf xəbər verir ki, IV turda Portuqaliyanın "Sportinq" klubunu qəbul edən Murad Dikmənin baş məşqçisi olduğu komanda 69:67 hesablı qələbə qazanıb.

Qarşılaşma Gəncə İdman Sarayında keçirilib.

Xatırladaq ki, "Gəncə" yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və Türkiyənin "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komandanın III turda "Rilski Sportist" (Bolqarıstan) ilə qarşılaşması təxirə salınıb