BAKI, 11 may. TELEQRAF

Futbol üzrə Fransa çempionatının 33-cü turunun “Havr” – “Marsel” oyunu tribunada yaranan iğtişaşlar səbəbindən dayandırılıb.

Teleqraf xəbər verir ki, "Havr"ın stadionunda keçirilən oyunun ikinci hissəsində yerli azarkeşlər meydançaya girməyə çalışıblar. Matçın baş hakimi komandaları stadiondan kənarlaşdırmaq məcburiyyətində qalıb.

Təxminən 30 dəqiqə sonra oyun bərpa olunub.

33-cü tura qədər 59 xalı olan "Marsel" turnir cədvəlində ikinci, "Havr" isə 31 xalla 16-cı yerdədir.