MİNGƏÇEVİR, 2 may. TELEQRAF

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində gerçəkləşən tədbirdə qaliblərə kuboklar təqdim olunub.

Akademik avarçəkmədə Gürcüstan yığması, kanoe-kayakda isə Özbəkistan birinci olub.

Daha sonra bağlanış bədii hissə ilə davam edib.

Qeyd edək ki, Azərbaycan yığması “Prezident Kuboku-2025”i 15 medalla başa vurub.