BAKI, 24 aprel. TELEQRAF

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı aprelin 29-u Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək.

Teleqraf xəbər verir ki, saat 14:00-dan etibarən başlayacaq paradda komandaların sıra ilə keçidi və təqdimatı baş tutacaq.

Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək.

Qeyd edək ki, əraziyə giriş sərbəstdir.