
BAKI. 15 mart. TELEQRAF
Azərbaycanın qazi paralimpiyaçısı Polad Rzayev Avstriyanın Jerzens şəhərində keçirilən para-dağ xizəyi turnirində rəsmi debüt edib.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı ilkin mərhələni 1:40.19 nəticə ilə başa vuraraq həlledici raunda vəsiqə qazanıb.
İlkin mərhələdəki 28 paralimpiyaçıdan 17-si əsas raundda çıxış edəcək. Yarış 2026-cı il Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyatda olan zabiti Polad Rzayev “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.