Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında ilk oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığma Ermənistan komandası ilə üz-üzə gəlib.

Cəbəllütariqdə oynanılan görüş komandamızın 86:59 hesablı qələbəsi ilə yekunlaşıb.

Kollektiv növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.