
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü başa çatıb.
Teleqraf.com xəbər verir ki, B qrupunun oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qarşılaşmada hesabı xorvatlardan 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+ 8-ci dəqiqədə gəlib. Mattia Cakkani fərqlənib.
Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşündə hesab açılıb.
Teleqraf.com xəbər verir ki, B qrupunun oyununda xorvatlar hesabda önə çxııb.
55-ci dəqiqədə Luka Modriç adını tabloya yazdırıb.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü start götürüb.
Teleqraf.com xəbər verir ki, B qrupunun oyunu Leyptsiqdəki "Red Bull Arena" keçirilir.
Qeyd edək ki, qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.