
“Barselona” hazırda klubun titul sponsoru sayılan “Qatar Airways” aviaşirkətiylə əməkdaşlığın müddətini uzatmaq istəmir.
Publika.az xəbər verir ki, bu məlumatı “Barsa”nın prezidenti Xosep Bartomeu da yerli radiostansiyalardan birinə müsahibəsində təsdiqləyib:
“Biz yeni variantları nəzərdən keçirməyə hazırıq. Qətərdə vəziyyət 4 il əvvəlki kimi deyil. Indi bəzi sosial problemlər ortaya çıxıb ki, 4 il əvvəl müqavilə bağlayanda bunlar yox idi”.
Xatırladaq ki, “Barselona”nın “Qatar Airways”la müqaviləsinin müddəti 2016-cı ilədək nəzərdə tutulub. Deməli, hələ gələn mövsümdə də Kataloniya klubu meydana üzərində bu aviaşirkətin loqosu olan formalarla çıxacaq.