"İnter"də icarə əsasında oynayan Lukaş Podolski Almaniya millisindəki karyerasını başa vuracağı tarixi açıqlayıb.

Trend-in məlumatına görə, Almaniya mətbuatına danışan polşa əsilli futbolçu "Avro-2016"nın final mərhələsindən sonra yığmadakı karyerasını bitirəcəyini deyib:

"Avro-2016" mənim üçün son böyük turnir olacaq. Bundan sonra millidəki karyeramı bitirəcəm. Almaniya yığması ilə əsas məqsədimə çatdım. Bundestimlə dünya çempionu olmaq əsas hədəfim idi".