BAKI, 19 noyabr. TELEQRAF
2026-cı ilin yanvar-oktyabr aylarında müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 7 ton 860 kq 330,386 qramını (84,1 faiz) marixuana təşkil edib.
Bu barədə Teleqraf-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, müsadirə olunan marixuananın 6 ton 745 kq 559,326 qramı (85,8 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 1 ton 114 kq 771,06 qramı (14,1 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.