BAKI, 19 noyabr. TELEQRAF

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Gəncə şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər uşaq xilas edilib, 2 nəfərə müvafiq köməklik göstərilib və 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.