Abşeron rayonunun Saray qəsəbəsində yük avtomobili dərəyə aşıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan yük avtomobilinin ön təkəri qəfil partlayıb. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində yük avtomobilinə ciddi ziyan dəyib və nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.