BAKI, 19 noyabr. TELEQRAF
2026-cı ilin yanvar-oktyabr ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 182 fakt aşkar edilib.
Bu barədə Teleqraf-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 685 kq 403,605 qram narkotik vasitə və 41 679 ədəd həb metadon çıxarılıb.
Ümumilikdə aşkar edilmiş cinayətlərin 189-u qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 756 kq 925,418 qram və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qram güclü təsir edən maddə və 1,018 qram prekursor müsadirə edilib. Bundan əlavə, 2 653 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 2 ton 405 kq 520,31 qram müxtəlif növ narkotik vasitə götürülüb.