BAKI, 19 noyabr. TELEQRAF
Ukraynanın Dnepr şəhərində yenidən partlayış baş verib.
Teleqraf "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, Ukraynanın cənub-şərqində yerləşən Dnepr şəhərində növbəti partlayış qeydə alınıb.
Daha əvvəl də şəhərdə partlayış səslərinin eşidildiyi bildirilib.
Hazırda Dnepropetrovsk vilayətində hava həyəcanı elan edilib.