BAKI, 3 dekabr. TELEQRAF
Kürdəmir rayonunun Sığırlı kəndində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 220 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konsturuksiyaları yanıb. Eve bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.