AĞDAM, 13 noyabr. TELEQRAF

Ağdam şəhərində yük maşınının altında qalan fəhlə həyatını itirib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən inşaat sahəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Sabir Camili hərəkətdə olan beton qarışdıran maşının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.