BAKI, 13 noyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonunun Novasaratovka kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 240kv.m olan iki mərtəbəli evin və tövlənin yanar konstruksiyaları, həmçinin tövlənin damına yığılmış 6 ton ot bağlaması, bitişik tikilmiş ümumi sahəsi 400kv.m olan ikimərtəbəli evin ikinci mərtəbəsində iki otağın tavanı 25kv.m və dam örtüyünün yanar konstruksiyaları 50kv.m. sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.

***

09:25

Gədəbəy rayonunun Novosaratovka kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 7 otaqlı evin, sahəsi 300 m² olan tövlənin yanar konstruksiyaları, tövlənin damına yığılan 6 ton ot bağlaması və bitişik sahəsi 400 m² olan ikimərtəbəli 10 otaqlı evin ikinci mərtəbəsində 2 otağın tavanı 25 m², dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Teleqraf Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.