BAKI, 12 noyabr. TELEQRAF

Naxçıvan şəhərində yanacaqdoldurma məntəqəsinin anbarında baş verən yanğın söndürülüb.

Teleqraf xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib, onlara ilkin tibbi yardım göstərilib.

***

19:26

Naxçıvan şəhərində yanacaqdoldurma məntəqəsinin anbarında yanğın baş verib.

Teleqraf xəbər verir ki, hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb olunublar.