BAKI, 12 noyabr. TELEQRAF
Rusiya-Ukrayna müharibəsində həlak olan Ümid Qurbanlı Oğuz rayonu, Baş Daşağıl kəndində doğulub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, rəsmi qurumlar ailəsi ilə əlaqə yaratmağa çalışır.
***
11.11.2025
19:03
Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub.
Teleqraf xəbər verir ki, 1997-ci il təvəllüdlü Qurbanlı Ümid Əli oğlu Rusiya tərəfindən Ukraynaya qarşı döyüşdə iştirak edərkən həyatını itirib.
Onun meyiti Rusiya Federasiyasının Rostov şəhərində morqdadır.
Hazırda Rusiyada yaşayan azərbaycanlılar Ü.Qurbanlının yaxınlarını tapmağa çalışır.