GƏNCƏ, 22 oktyabr. TELEQRAF

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza şəhərin Atatürk prospketi ilə Ş.İ.Xətai prospektinin kəsişməsində qeydə alınıb.

"Ford" markalı avtomobillə "VAZ 2107" -in toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar Sənubər İbrahimova (1961) və Novruz Sadıqov (1967) Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.