BAKI, 20 iyun. TELEQRAF

Türkiyə Avropa İttifaqının Ankaranın Rusiya qazından imtina etməsi ilə bağlı mövqeyini başa düşür. Brüssel Türkiyə ilə bağlı gələcəkdə hər hansı bir razılaşmada bu tələbə tam riayət olunmasında israr edəcək.

Teleqraf "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat naziri Katarina Reyç bildirib.

Reyç vurğulayıb ki, Aİ ilə Türkiyə arasında enerji müqavilələri Rusiya qazını təchizat zəncirlərindən kənarlaşdırılmasını diktə edir.