BAKI, 21 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran yekun razılığa gələ bilməsələr, ölkəsi Hörmüz boğazından keçən gəmilər üçün rüsum almağa başlaya bilər.

Teleqraf xəbər verir ki, Amerika lideri özünün "Truth Social" şəbəkəsində yazıb: "60 günlük atəşkəs müddətində Hörmüz boğazından keçid üçün heç bir ödəniş olmayacaq. Amma ABŞ və İran arasında razılıq əldə edilməsə, rüsumlar tətbiq oluna bilər".

Trampın sözlərinə görə, Amerika tərəfi təhlükəsizlik sahəsində "Yaxın Şərq ölkələrinə göstərilən xidmətlərə, eləcə də keçmişdə, indi və gələcəkdə çəkdiyi xərclərə görə kompensasiya almaq üçün belə bir addım ata bilər.